Bu il aprelin 1-nə Azərbaycan bankları 57 132,8 milyon manatlıq aktivlərə, o cümlədən 28 305,1 milyon manatlıq kredit portfelinə malik olub.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı bank icmalında bildirilir.
Sənədə əsasən, bu, ötən il aprelin 1-i ilə müqayisədə müvafiq olaraq 6,7% və 8,8% çoxdur.
Hesabat tarixinə bankların öhdəlikləri 49 617,4 milyon manat (1 il əvvələ nisbətən 6,1% çox), o cümlədən depozit portfeli 37 290,6 milyon manat (1,4% az), balans kapitalı isə 7 515,4 milyon manat (10,3% çox) olub.