SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
“Kapital Bank” faiz xərclərinin artımına görə liderdir

“Kapital Bank” faiz xərclərinin artımına görə liderdir

  • 22 avqust 2025, 11:51

Bu ilin I yarısında Azərbaycandakı 22 bankdan 2-nin faiz xərcləri 100 milyon manatdan çox olub.

Yurd.Media apardığı araşdırmaya görə, bunlar “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı”dır. Bu bankların cəmi faiz xərcləri 400 milyon manata yaxın olub.

Hesabat dövründə 12 bankın faiz xərcləri 10-100 milyon manat arasında, 8 bankın faiz xərcləri isə 10 milyon manatdan az olub.

Son 1 ildə 22 bankdan 19-nun faiz xərcləri artıb, 2-nin faiz xərcləri azalıb, 1 bankın – İran Milli Bankının Bakı filialının ötən ilin eyni dövründə faiz xərcləri olmadığı üçün onun bu xərclərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Faiz xərclərini ən çox artıran bank “Kapital Bank” (99,6%), ən az artıran bank isə “Turan Bank” (2,3%) olub. “Premium Bank” və “Bank BTB”nin isə faiz xərcləri müvafiq olaraq 0,3% və 1,1% azalıb.

Prime Leasing