SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
AMB-dən uçot dərəcəsi ilə bağlı açıqlama

AMB-dən uçot dərəcəsi ilə bağlı açıqlama

  • 22 oktyabr 2025, 10:30

Azərbaycanda uçot dərəcəsi ilə bağlı qərar açıqlanıb.

Yurd.Media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6 %, yuxarı həddi isə 8 % səviyyəsində saxlanılıb.

"Qərarın qəbulu zamanı faktiki və gözlənilən inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud şərait, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb", - deyə AMB bəyan edib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat dekabrın 10-da ictimaiyyətə açıqlanacaq.

Prime Leasing