SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycanda gələn ildən hamının maaşından gəlir vergisi ödəməsi təsdiqini tapdı

Azərbaycanda gələn ildən hamının maaşından gəlir vergisi ödəməsi təsdiqini tapdı

  • 22 oktyabr 2025, 17:32

Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində özəl sektorda çalışanlarən gəlir vergisinə cəlb olunması öz əksini tapıb.

Yurd.Media xəbər verir ki, 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq.

2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar bunun 3 %-i qədər vergi ödəyəcək.

Bu nisbət 2027-ci ildə 5 %, 2028-ci ildən isə 7 % olacaq.

Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat, eləcə də 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2027-ci ildə 125 manat, eləcə də 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2028-ci ildən isə 175 manat, eləcə də 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər olacaq.

Aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2026-cı ildə 625 manat və 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2027-ci ildə 675 manat və 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2028-ci ildən isə 725 manat və 8 000 manatdan artıq hissənin 14 %-i qədər olacaq.

Xatırladaq ki, Yurd.Media ötən bununla bağlı proqnozunu dərc etmişdi. Belə ki, 2026-cı il üçün Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 2 milyard 566,8 milyon manatının və yaxud 6,7 %-nin fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyinin proqnozlaşdırılmışdı. Maliyyə Nazirliyinin məlumatına görə, bu, 2025-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 29,05 % çoxdur.

Prime Leasing