SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Kapital Bank” 37 faizlə verdiyi kreditləri məhkəmə ilə yığır

"Kapital Bank” 37 faizlə verdiyi kreditləri məhkəmə ilə yığır

  • 20 may 2026, 15:09
Ağdam

“Kapital Bank” yüksək faizlə verdiyi kreditə görə müştərisini məhkəməyə verib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Bank nümayəndəsi Sarvan Quliyev Ağdam Rayon Məhkəməsinə müraciət edərək müştərisi Rövşən Elbrus oğlu Əhmədovdan 3 kredit xətti üzrə verilmiş borcun qaytarılmasını tələb edib.

Belə ki, “Kapital Bank” 30 oktyabr 2024-cü ildə R.Əhmədova 24 ay müddətinə, illik 37 faizlə 1300 manat kredit verib. Bu müqaviləyə əsasən 967 manat əsas, 207 manat faiz borcu yazılıb. 

Həmçinin, 26 iyun 2025-ci ildə bağlanmış "Birbank cashback" kredit xətti üzrə illik 37 faizlə 500 manat kredit verilib. Bu karta görə də R.Əhmədov 497 manat əsas, 135 manat faiz ödəməlidir.

Bundan əlavə, 11 iyul 2025-ci il tarixli kredit və hesab müqaviləsinə görə isə 59 ay müddətinə, illik 27 faizlə 1025 manat kredit verilib. Bank müştərinin ödəmədiyi hissə üzrə 751 manat əsas, 123 manat faiz borcu və 47 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.

İddia tələbi təmin edilib.

Qeyd edək ki, “Kapital Bank”ın bu ilin 1 aprel tarixinə 178 milyon manata qədər problemli kreditləri yığılıb. Son 1 ildə bankın vaxtı keçmiş kreditlərinin həcmi 42 faiz artıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları