2025-ci ildə İcbari Sığorta Bürosunun (İSB) investisiya portfelinin gəlirliliyi 6,5 milyon manat təşkil edib.
Yurd.Media xəbər verir ki, bunu Büronun Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım Camalova bildirib.
Onun sözlərinə görə, bu, proqnozdan 0,6 milyon manat çoxdur.
İSB zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün “İcbari sığortalar haqqında” qanunun tələbləri nəzərə alınmaqla Mülki Məcəlləyə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır.
Büronu ali idarəetmə orqanı olan Himayəçilər Şurası və icra orqanı olan İcraçı direktor idarə edir.
Şuranın tərkibinə Azərbaycan Mərkəzi Bankının 2, iştirakçı sığortaçıların isə 3 nümayəndəsi daxildir.