SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Ən yaxşı bank tətbiqi - SORĞUNUN NƏTİCƏLƏRİ

Ən yaxşı bank tətbiqi - SORĞUNUN NƏTİCƏLƏRİ

  • 17 avqust 2026, 09:02

Yurd.Media-nın oxucuları arasında keçirdiyi “Hansı bankın mobil tətbiqi daha yaxşı işləyir?” adlı sorğunun nəticələri açıqlanıb.

Saytın keçirdiyi səsvermədə bu ana olan məlumata görə ümumilikdə 10 mindən çox şəxs iştirak edib. Sorğuda oxuculardan bankların mobil tətbiqlərini sürət, stabil işləmə, funksionallıq, dizayn və istifadə rahatlığı baxımından qiymətləndirmələri istənilib.

Səsvermənin nəticələrinə əsasən, "Kapital Bank" 19 faiz səslə birinci olub. İkinci yeri 13 faizlə "PAŞA Bank", üçüncü yeri isə 12 faizlə "Azərbaycan Beynəlxalq Bankı" (ABB) tutub.

İlk beşlikdə "Bank of Baku" 10 faiz, "Unibank" isə 9 faiz səslə qərarlaşıb.

"Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", "Bank VTB Azərbaycan", "Express Bank", "Premium Bank" və "Ziraat Bank Azərbaycan"a isə səsvermədə 100-dən az insan seçdiyi üçün nəticə 0 faiz kimi görsənir.

Qeyd edək ki, sorğuda ölkədə fəaliyyət göstərən bankların mobil tətbiqləri nəzərə alınıb. Mobil tətbiqi olmayan İran Milli Bankının Bakı nümayəndəliyi siyahıya daxil edilməyib.

Sorğu davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları