SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Əmanətçilər Bank Respublikadan pullarını geri çəkməyə başlayıb

Əmanətçilər "Bank Respublika"dan pullarını geri çəkməyə başlayıb

  • 04 may 2026, 12:14

"Bank Respublika" ASC bu ilin I rübünün yekununa görə 1 154,2 milyon manat depozit portfelinə malik olub. 

Yurd.Media-nın araşdırmasına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 58,2 milyon manat və ya 4,8 % azdır. 

Ümumilikdə Azərbaycan bankları arasında hesabat dövründə cəmi 5 bankın depozit portfelində azalma olub ki, onlardan da biri "Bank Respublika"dır.

Bu il aprelin 1-nə Bankın problemli kreditlərinin həcmi isə 17,2 milyon manat olub. Məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 33,4 % çoxdur. 

Vaxtı keçmiş kreditlərin artım tempinə görə "Bank Respublika" ölkənin 21 bankının arasında 6-cı mövqedədir.

Qeyd edək ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,961 milyon manatdır. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə (Müşahidə Şurasının sədri), 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları