SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
BOKT nizamnamə kapitalını 500 min manat artırdı

BOKT nizamnamə kapitalını 500 min manat artırdı

"Regional" MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını artırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 46% və ya 500 min artıraraq 1 milyon 600 min manata çatdırıb.

Qeyd edək ki, dekabrın əvvəlində "Regional" MMC  1 milyon manatlıq istiqraz emissiyası elan etmişdi.

Xatırladaq ki, "Regional" 2014-cü ildə yaradılıb. Onun rəhbəri Mobil Şərifovdur. BOKT-un təsisçiləri hər biri 33,3 % payla Əli Əliyev, Nahid Bəhramov və Nigar Tağıyevadır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları