SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Regional BOKT-a yenə pul lazımdır

"Regional" BOKT-a yenə pul lazımdır

  • 01 dekabr 2025, 11:48

"Regional" MMC bank olmayan kredit təşkilatı (BOKT) daha 1 milyon manatlıq istiqraz emissiyası elan edib.

Yurd.Media xəbər verir ki, BOKT istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.

Sənədə əsasən, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazın kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.

Qiymətli kağızlar 3 il tədavüldə olacaq. Onlara illik 16% gəlirlilik vəd olunur. Faizlər 1 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayter "Xalq Kapital" İnvestisiya Şirkəti" QSC-dir.

Qeyd edək ki, "Regional" MMC bu ilin sentyabr ayında da 1 milyon manat dəyərində istiqraz yerləşdirmişdi.

Xatırladaq ki, "Regional" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,1 milyon manatdır. BOKT-un təsisçiləri hər biri 33,3 % payla Əli Əliyev, Nahid Bəhramov və Nigar Tağıyevadır. 

Prime Leasing
SPE Annual Caspian