SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
“Beynəlxalq Bank”ın aktivləri ötən il yerində sayıb

“Beynəlxalq Bank”ın aktivləri ötən il "yerində sayıb"

  • 13 yanvar 2026, 19:17

Dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Yurd.Media xəbər verir ki, bank ötən il 335,7 milyon manat xalis mənfəət əldə edib. 

Bu, əvvəlki illə müqayisədə 14,3% çoxdur. 

Bu ilin əvvəlinə ABB-nin aktivləri ötən ilin əvvəlinə nisbətən eyni – 13 626,9 milyon manat, o cümlədən xalis kredit portfeli 11,1% çox – 6 515,1 milyon manat təşkil edib. Bankın öhdəlikləri 11 422,2 milyon manat (1,35% az), o cümlədən depozit portfeli 8 892,9 milyon manat (1,4% az), balans kapitalı isə 2 204,7 milyon manat (7,5% çox), o cümlədən nizamnamə kapitalı 1 281,3 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları