"BQ" ASC 2 milyon manatlıq istiqraz emissiyası elan edib.
Yurd.Media xəbər verir ki, şirkət istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.
Sənədə əsasən, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazın yerləşdirilməsi nəzərdə tutulur. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 7 il tədavüldə olacaq. Onlara illik 15% gəlirlilik vəd olunur. Faizlər 1 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayter "İnvest-Az İnvestisiya Şirkəti" QSC-dir.
"BQ"nin səhmləri Fərman Quliyevə məxsusdur. O, "Para" ASC bank olmayan kredit təşkilatında (BOKT) pay sahibidir.