SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
İcbari tibbi sığorta daxilolmaları 5% azalıb

İcbari tibbi sığorta daxilolmaları 5% azalıb

  • 10 iyul 2026, 09:58

Bu ilin I yarısında Azərbaycanda icbari tibbi sığorta daxilolmaları 517,1 milyon manat təşkil edib.

Bu barədə Yurd.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,95% azdır.

İcbari tibbi sığorta daxilolmaları proqnozu 102,6% icra edilib.

Yanvar-iyun aylarında icbari tibbi sığorta haqlarının 337,4 milyon manatı qeyri-büdcə sektorundan toplanılıb. Bu isə 1 il əvvələ nisbətən 10,3% azdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları