Azərbaycanda lombard kreditləri verən "Kredit Evi" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 4,85 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 67,5% çoxdur.
Bu ilin əvvəlinə “Kredit evi”nin aktivləri ötən ilin əvvəlinə nisbətən 32,1% çox – 60,1 milyon manat, o cümlədən borc portfeli 36,9% çox – 52,6 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 54 milyon manat (29,5% çox), balans kapitalı isə 6,1 milyon manat (60,8% çox), o cümlədən nizamnamə kapitalı 0,4 milyon manat (dəyişməyib) olub.