"CPM-İnvest İnvestisiya Şirkəti" ASC aprelin 1-də, saat 11:00-da səhmdarlarının növbəti ümumi yığıncağını keçirəcək.
Yurd.Media xəbər verir ki, Səhmdar cəmiyyəti bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.
Elanda deyilir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, 82 ünvanında olacaq.
Səhmdar (Kəmalə Məmmədova) ötən ilin maliyyə (audit) hesabatını təsdiqləyəcək, xalis mənfəətin bir hissəsini dividend kimi götürəcək.