“Yelo Bank” gələn aydan etibarən kart hesablarına mədaxil zamanı əlavə komissiya tutacaq.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Bank kənar xidmət şəbəkələri (terminal və vebsaytlar) vasitəsilə kart hesablarına mədaxil üzrə tariflərdə dəyişiklik edəcək.
Yeni qaydalara əsasən, bu kanallar vasitəsilə edilən mədaxil əməliyyatlarına 1% komissiya tətbiq olunacaq.
Yenilik 11 mart 2026-cı il tarixindən etibarən qüvvəyə minəcək.
Xatırladaq ki, “Yelo Bank” bu ayın əvvəlindən həmçinin sayt üzərindən kredit ödənişləri zamanı 0,5 % komissiya tətbiq etdiyini elan edib.