SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
“Yelo Bank” da ödənişlərə əlavə faiz tutacaq

“Yelo Bank” da ödənişlərə əlavə faiz tutacaq

  • 30 yanvar 2026, 18:29

Gələn aydan daha bir bank ödənişlərə komissiya tətbiq edəcək.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, sayt üzərindən kredit ödənişləri zamanı “Yelo Bank”ın müştərilərindən komissiya tutulacaq.

Fevralın 1-dən etibarən qüvvəyə minəcək qərara görə, sayt üzərindən kredit ödənişləri zamanı 0,5 % komissiya tətbiq ediləcək. Həmçinin ödəniş terminallarında komissiya tətbiqi də davam edəcək.

Yalnız bankın ödəniş terminalları və kassalarında komissiyasız ödəniş etmək mümkün olacaq.

Qeyd edək ki, "Unibank" da gələn aydan etibarən nağdlaşdırmaya görə komissiya tutacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları