SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
DİN bir sıra qurumlarının binalarında 13 milyona təmir-tikinti işləri aparacaq

DİN bir sıra qurumlarının binalarında 13 milyona təmir-tikinti işləri aparacaq

  • 24 oktyabr 2026, 11:42

Daxili İşlər Nazirliyinin (DİN) bir sıra tabeli qurumlarının inzibati binalarında təmir-tikinti işləri aparılacaq.

Yurd.Media xəbər verir ki, bununla bağlı DİN-in Maddi-Texniki Təminat Baş İdarəsi bir sıra tender elan edib.

Belə ki, DİN-in Əlahiddə Çevik Polis Alayında tir binasının tikintisi və təmir işləri, DİN-in Sıravi və Kiçik Rəsi Heyəti Hazırlayan Məktəbdə tikinti işləri (yeməkxana binası), DİN-in Avtomobil təsərrüfatında təmir işləri və DİN-in bir sıra orqanlarında təmir işləri nəzərdə tutulub.

Təmir-tikinti işlərinin icrasına 13,2 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Skat.az - Ev və Avtomobil elanları