"AFB Bank" müştəriləri üçün yeni "Mono Card" debet kartını istifadəyə verib.
Yurd.Media xəbər verir ki, "Mono Card" yüksək gəlirlilik və geniş komissiyasız əməliyyat imkanları ilə seçilir.
"Sadə" və "Premium" kateqoriyalarında 36 aylıq təqdim olunan kartları Azərbaycan manatı ilə yanaşı ABŞ dolları, avro və Britaniya funtu ilə açdırmaq mümkündür.
Kart üzrə əsas üstünlüklərdən biri yüksək gəlirlilikdir. Belə ki, Mono Card çərçivəsində minimum 50 AZN məbləğindən başlayaraq maksimum limitsiz vəsait üzrə 8 faiz illik gəlir əldə etmək mümkündür. Eyni zamanda, USD valyutasında olan debet kartlar üçün illik 2,5 faizə qədər gəlirlilik imkanı təqdim olunur.
"Mono Card" sahibləri kart üzrə bir sıra əməliyyatları komissiyasız həyata keçirə biləcəklər. Belə ki, "AFB Bank" və digər terminallardan karta mədaxil tamamilə komissiyasızdır. Nağdlaşdırma üzrə isə ümumi komissiyasız limit 15 min manat təşkil edir. Bunun 10 min manatı "AFB Bank"ın ATM-lərindən, 5 min manatı isə ölkə daxilində digər ATM-lərdən nağdlaşdırma üçün nəzərdə tutulub.
Kartdan köçürmələr də müəyyən limitlər çərçivəsində komissiyasız həyata keçirilir. "Card to card" köçürmələr üzrə komissiyasız limit 5 000 AZN, top up əməliyyatları üzrə isə 1 000 AZN olaraq müəyyən edilib.
"AFB Bank"ın "Mono Card"ı həm gündəlik ödənişlər, həm də vəsaitlərin daha səmərəli idarə olunması üçün müştərilərə rahat və sərfəli imkanlar yaradır.
Tarifləri təqdim edirik:


