Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkətinin hamısının səhmdarları yerli fiziki və hüquqi şəxslərdir.
Yurd.Media apardığı araşdırmaya görə məlum olub ki, sığorta bazarında əcnəbi investorun payı yoxdur.
2020-ci ilə qədər Azərbaycanda Fransanın “AXA” qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros”a məxsus “AXA Mbask”, 2015-ci ilə qədər isə “American International Group”a məxsus “Çartis-Azərbaycan” sığorta şirkətləri fəaliyyət göstərib. Sonuncu hazırda “Qala Sığorta” adı ilə fəaliyyətini davam etdirir.
Bir sözlə, Azərbaycanın sığorta sektoru 5 ildir ki, xaricilər üçün maraqlı deyil.