SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərbaycanın sığorta bazarı azalmadan artıma keçdi

Azərbaycanın sığorta bazarı azalmadan artıma keçdi

  • 28 aprel 2026, 15:32

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin I rübünün yekunları ilə bağlı sığorta icmalını açıqlayıb.

Yurd.Media xəbər verir ki, yanvar-mart aylarında yerli sığorta şirkətləri 417,75 milyon manat sığorta haqqı toplayıb, 218,45 milyon manat sığorta ödənişi edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,7% və 33,2% çoxdur.

Xatırladaq ki, yanvar-fevral aylarının yekununda sığorta haqları 1,3% azalmış, sığorta ödənişləri isə 37% artmışdı. 3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,3 manatı ödəniş edilib.

Ötən ilin eyni dövründə bu göstərici 41,1 manat olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları