2025-ci ilin yekununda Azərbaycanda 12 investisiya şirkəti və 2 investisiya fondlarının idarəçisi olub.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Məlumata görə, bu, 2024-cü ilin yekunu ilə müqayisədə eynidir.
Bununla belə, AMB ötən il ilk dəfə banklardan birinə - "Xalq Bank" ASC-yə investisiya xidmətləri göstərmək üçün lisenziya verdi. Bank həm də "Bakı Fond Birjası" QSC-nin (BFB) üzvü olub.
Birja özü isə Dünya Birjalar Federasiyasının tamhüquqlu üzvü seçilib.