2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 61,1%-ni və yaxud 23,772 milyard manatını vergi-gömrük orqanları təmin edəcək.
Yurd.Media xəbər verir ki, bu barədə “2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.
Sənədə əsasən, gələn il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat (bu illə müqayisədə 9,1% çox), Dövlət Vergi Xidməti isə 6,862 milyard manat (4% çox) vəsait köçürməlidir.
İlkin variantla müqayisədə vergi orqanlarının büdcə öhdəliyi 89 milyon manat, gömrük orqanlarının büdcə öhdəliyi isə 12 milyon manat artırılıb.
2026-cı ildə Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfert 12,75 milyard manat nəzərdə tutulsa da, sonradan bu məbləğ 12,835 milyard manata çatdırılıb. Beləliklə, 2025-ci ilə nisbətən Fondun büdcə öhdəliyi 11,4% azaldılıb.
2026-ci ildə Azərbaycanda büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 1,021 milyard manat (16% çox), büdcənin sair daxilolmalarının isə 0,981 milyard manat (13,9% çox) olacağı gözlənilir.
Son nəticədə gələn il dövlət büdcəsi gəlirləri bu ilə nisbətən 0,7% çox - 38,609 milyard manat təşkil etməlidir.