Bu il oktyabrın 1-nə Azərbaycandakı 22 bankdan cəmi 1-nin Mərkəzi Bank qarşısında öhdəliyi olub.
Yurd.Media xəbər verir ki, bu, “Kapital Bank”dır. Onun tənzimləyici quruma borcu 0,5 milyon manat təşkil edib və ötən il oktyabrın 1-nə nisbətən 13,5% az olub.
Qalan 21 bankın Mərkəzi Banka borcu olmayıb. Bunlardan 6-sı – “Azərbaycan Sənaye Bankı”, “Azər-Türk Bank”, “Bank BTB”, “Turan Bank”, “Xalq Bank” və “Yelo Bank” tənzimləyici quruma borcunu son 1 ildə bağladığını elan edib.