SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycan Mərkəzi Bankı bu şirkəti “lisenziya aldığına peşman elədi”

Azərbaycan Mərkəzi Bankı bu şirkəti “lisenziya aldığına peşman elədi”

  • 13 oktyabr 2025, 13:37

Azərbaycan Mərkəzi Bankı (AMB) "Greentek Group" MMC-nin fəaliyyətini müvəqqəti məhdudlaşdırıb.

Yurd.Media xəbər verir ki, AMB-nin yaydığı məlumata görə, şirkətdə həyata keçirilən plandankənar yoxlama çərçivəsində istifadəçilərə ödəniş hesablarının qanunvericiliyin tələblərinə uyğun qaydada açılmadığı, internet resurslar vasitəsilə aparılan qanunsuz fəaliyyətlərin qarşısının alınmasında xətalara yol verilməsi faktları aşkar edilib.

Odur ki, "Mərkəzi Bank haqqında" qanunun 48.2.4-cü və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 63.1-ci maddələri rəhbər tutularaq, kommersiya qurumuna lisenziya çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması istisna olmaqla) müvəqqəti olaraq dayandırılması barədə göstəriş verilib.

Xatırladaq ki, “Greentek Group” MMC 18 sentyabr 2024-cü il tarixində AMB-dən lisenziya əldə edib.

Prime Leasing