SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
“Azər-Türk Bank” mənfəəti ən çox azalmış bankdır

“Azər-Türk Bank” mənfəəti ən çox azalmış bankdır

  • 27 avqust 2025, 12:18

Bu ilin I yarısında Azərbaycandakı 22 bankdan 21-i (xalis) mənfəət əldə edib.

Yurd.Media apardığı araşdırmaya görə, onlardan 2-də bu göstərici 100 milyon manatdan çox olub. Bunlar, “Azərbaycan Beynəlxalq Bankı” və “Kapital Bank”dır.

7 bankın (xalis) mənfəəti 10-100 milyon manat arasında, 12 bankın (xalis) mənfəəti 1-10 milyon manat arasında olub. 1 bank – “Bank BTB” yanvar-iyun aylarını 1,7 milyon manat zərərlə başa vurub.

21 bankdan 10-nun (xalis) mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə artıb, 11-nin isə azalıb. Mənfəəti ən çox artmış bank “AFB Bank” (4,3 dəfə), ən az artmış bank “Bank Respublika” (6,2%), mənfəəti ən çox azalmış bank “Azər-Türk Bank” (48,9%), ən az azalmış bank isə “Azərbaycan Sənaye Bankı” (1,3%) olub.

“Bank BTB” 1 il bundan əvvəlki dövrü mənfəətlə başa vurduğu üçün onun bu kateqoriya üzrə maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Prime Leasing