2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin gözlənilən gəlirlərinin 33,2%-i və yaxud 12 750 milyon manatı Dövlət Neft Fondundan (ARDNF) transfert hesabına təmin ediləcək.
Bu barədə Maliyyə Nazirliyindən Yurd.Media-ya bildirilib.
Məlumata əsasən, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,95% azdır.
Əvəzində vergi-gömrük orqanlarının büdcə yükü artırılıb. Belə ki, gələn il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti büdcəyə bu ilə nisbətən 8,5% çox – 16 821 milyon manat, Dövlət Gömrük Komitəsi isə 3,8% çox – 6 850 milyon manat “xeyir verməlidir”.
Gəlirlərin 2 002 milyon manatı isə digər mənbələrin payına düşüb. Bu isə illik müqayisədə 12,8% çoxdur.