Maliyyə nazirinin I müavini Anar Kərimov “Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin Müşahidə Şurasının üzvü seçilib.
Bu barədə Yurd.Media-ya Bankdan bildirilib.
Məlumata görə, bununla bağlı qərar kredit təşkilatının səhmdarlarının sentyabrın 30-da keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib.
ABB-nin səhmlərinin 88,5 %-nə Maliyyə Nazirliyi nəzarət edir.