Bu il oktyabrın 1-nə Azərbaycanın səhm bazarının kapitalizasiyası 3 803,55 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya “Bakı Fond Birjası” QSC-dən bildirilib.
Məlumata görə, sentyabrın sonuna səhmləri Birjada ticarət olunan şirkətlərin sayı 38, onların bağladığı əqdlərin sayı isə 123 olub.
Bundan başqa, hesabat tarixinə Birjada 11 763,1 milyon manatlıq istiqraz listinqdə olub.
Bu məbləğ 392 istiqraz emissiyası hesabına formalaşıb.
Bu bazarda bağlanmış əqdlərin sayı isə 56 təşkil edib.