SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
“Yapı Kredi Bank Azərbaycan”a yeni maliyyə direktoru və marketinq rəhbəri təyin edildi

“Yapı Kredi Bank Azərbaycan”a yeni maliyyə direktoru və marketinq rəhbəri təyin edildi

  • 03 oktyabr 2026, 09:57

“Yapı Kredi Bank Azərbaycan”a yeni Maliyyə direktoru və Korporativ Kommunikasiyalar və Rəqəmsal Marketinq departament müdiri təyin olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ramin Səfərov bankın Maliyyə direktoru, Aydan Rüstəmova isə bankın Korporativ Kommunikasiyalar və Rəqəmsal Marketinq departamentinin müdiri təyin edilib.  

Qeyd edək ki, Ramin Səfərov 20 ildən artıqdır “Yapı Kredi Bank Azərbaycan” komandasında fəaliyyət göstərir. O, bu müddət ərzində bankda baş mütəxəssis, Maliyyə Hesabatlığı Departamentində menecer köməkçisi və Departament rəhbəri kimi müxtəlif məsul vəzifələrdə çalışıb.

Ramin SəfərovRamin Səfərov

Aydan Rüstəmova isə 7 ildən artıqdır “Yapı Kredi Bank Azərbaycan” komandasında fəaliyyət göstərir. Bu müddət ərzində bankda Korporativ Kommunikasiyalar mütəxəssisi, aparıcı mütəxəssis, baş mütəxəssis və supervayzer vəzifələrində çalışıb.

Aydan RüstəmovaAydan Rüstəmova

Skat.az - Ev və Avtomobil elanları