Azərbaycan hökuməti gələn il gəlirlərlə bağlı görəcəyi tədbirlərlə iqtisadi fəallığı və sahibkarlığı stimullaşdırmaq, investisiya mühitini daha da yaxşılaşdırmaq və ölkənin rəqabət qabiliyyətini gücləndirmək istəyir.
Yurd.Media xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov bildirib.
Onun sözlərinə görə, mövcud qlobal və regional inkişaf meyilləri, dövlət başçısının tapşırıqları, habelə müxtəlif strategiya və dövlət proqramlarından irəli gələn vəzifələr nəzərə alınmaqla, növbəti ildə dövlət büdcəsinin əsas prioritetlərini dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi, rəqəmsal inkişaf üzrə müəyyən edilmiş prioritetlərin həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin və rifahının təmin olunması, iqtisadiyyata dövlət büdcəsindən maliyyə dəstəyinin davam etdirilməsi, müdafiə olunan xərclərin maliyyə təminatı, dövlət proqramları və tədbirlərin maliyyələşdirilməsi, təmiz ətraf mühitin qorunması və “yaşıl artım”ın təmin edilməsi təşkil edəcək.