Azərbaycan Mərkəzi Bankının (AMB) bu ilin avqust ayında işdən çıxmış baş direktoru Vüqar Əhmədovun yerinə təyinat olub.
AMB-nin sədri Taleh Kazımov bu vəzifəyə qurumun Pul siyasəti departamentinin direktoru Azər Ələsgərovu layiq görüb.
Beləliklə, baş direktorların sayı yenidən 10 olub.
A.Ələsgərov 29 ildir ki, AMB-də çalışır.