2025-ci ildə Azərbaycandakı mobil operatorlar 1 290,9 milyon manat gəlir əldə edib.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 4,5% çoxdur.
Ötən il mobil telefon rabitəsi gəlirləri informasiya və rabitə gəlirlərinin 32,4%-ni təşkil edib. Bu isə əvvəlki ilə nisbətən 1,9 faiz bəndi azdır.