Azərbaycanda dövlət əmlakının icarə verilməsindən əldə olunan gəlir dövlət büdcəsi gəlirlərində cəmi 0,1% paya malikdir.
Yurd.Media xəbər verir ki, bunu maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
“Bu ilin yanvar-aprel aylarında büdcənin gəlirləri 13 milyard 564 milyon manat, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sahibkarlarla bağladığı icarə müqavilələrinin hesabına büdcəyə köçürdüyü vəsait isə cəmi 18,5 milyon manat olub. Yəni, büdcənin doldurulmasında iş adamlarının ödədiyi icarə haqları elə də böyük rol oynamır, necə deyərlər, "dəryada damcı"dır. Bəlkə milli biznesin inkişafı üçün dövlət sahibkarlardan icarə haqqı almasın?”, - deyə o qeyd edib.