Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 % artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.
Yurd.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, qeyri-neft-qaz ixracının dinamikası yanvar-avqust aylarının yekununda 10,3%, yanvar-iyul aylarının yekununda isə 11,4% olub.