SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
İpoteka Fondunda 18 illik fasilədən sonra yeni sədr - FOTO

İpoteka Fondunda 18 illik fasilədən sonra yeni sədr - FOTO

  • 07 sentyabr 2026, 16:38

Prezident İlham Əliyev 18 illik fasilədən sonra dövlət xətti ilə ipoteka kreditləşməsinə məsul olan şəxsi dəyişməyə qərar verib.

Dövlət başçısı imzaladığı sərəncamla Fəxri Kazımovu İpoteka və Kredit Zəmanət Fondunun sədri vəzifəsindən azad edib, onun yerinə Osman Xalıyevi təyin edib.

F.Kazımov İpoteka Fondunun rəhbərliyinə 2008-ci ildə qurumun ilk sədri Faiq Hüseynovu əvəz etməklə gəlib. Həmin vaxt Fond Azərbaycan Mərkəzi Bankının nəzdində olub, 2017-ci ildən isə indiki adı ilə mərkəzi icra hakimiyyəti qurumu kimi fəaliyyət göstərib.

O. Xalıyevə gəlincə isə, o, uzun illər İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun sədri olub. Hazırda bu qurum “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC kimi fəaliyyət göstərir.

Osman XaliyevOsman Xaliyev

Yurd.Media O.Xaliyevin dosyesini təqdim edir:

Osman İsmayıl oğlu Xaliyev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Ümumi iqtisadiyyat" fakültəsini "İqtisadi kibernetika" ixtisası üzrə bitirib. 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində "İdarəetmənin informasiya texnologiyası" üzrə magistratura pilləsini bitirib. 2012-2014-cü illərdə ABŞ-nin Brandeis Universitetində MBA (Biznesin təşkili və idarə edilməsi) ixtisası üzrə təhsil alıb. 2010-2011-ci illərdə "Access Bank" QSC-də əməliyyatlar üzrə mütəxəssis, 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib.

Yeni sədr 2014-2015-ci illərdə ABŞ-nin Boston şəhərində yerləşən "Global Atlantic Partners LLC" şirkətində məsləhətçi vəzifəsində çalışıb.

Osman Xaliyev 2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib, 2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri təyin olunub.

O, 2021-ci ilin iyun ayının 1-dən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib, 2022-ci il noyabrın 15-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Ailəlidir, bir övladı var.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları