Gəncədə şəhər təsərrüfatının elektrik təminatı ilə bağlı avadanlıq və materialların alınmasına təxminən 1 milyon manat vəsait ayrılıb.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi “İnterkabel” firması ilə müqavilə bağlayıb.
Belə ki, müqavilədə elektrik mal-materiallarının və avadanlıqların satınalınması nəzərdə tutulub.
Sözügedən alqı-satqıya 981 min 338 manat vəsait sərf olunacaq.