SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
SOCAR-ın “Yaşıl istiqraz”larını alanların qazancı 18 milyon dollara çatdı

SOCAR-ın “Yaşıl istiqraz”larını alanların qazancı 18 milyon dollara çatdı

  • 07 sentyabr 2026, 18:21

Bu gün Dövlət Neft Şirkəti (SOCAR) ötən il martın 7-də dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200 min ədəd istiqraza (200 milyon dollarlıq) görə sayca 6-cı faiz ödənişini həyata keçirib.

Bu barədə Yurd.Media-ya SOCAR-ın törəmə şirkəti olan “SOCAR Capital” MMC-dən bildirilib.

Məlumata görə, istiqraz sahiblərinin hesablarına ümumilikdə 3 milyon dollar ödənilib və onların faiz gəlirləri 18 milyon dollara çatıb.

İstiqrazlar Azərbaycanda "yaşıl enerji” sahəsində həyata keçirilən strateji təşəbbüslərə töhfə vermək məqsədilə 5 il müddətinə, illik 6%-lə buraxılıb.

Faizlər 3 aydan bir ödənilir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bu günə qədər həmin istiqrazlarla təkrar bazarda ümumi dəyəri 55,6 milyon dollardan çox olan 580 əqd bağlanılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları