SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“Azneft” Rusiyadan gələn xam neftə görə dəfələrlə cərimələndi

“Azneft” Rusiyadan gələn xam neftə görə dəfələrlə cərimələndi

  • 01 sentyabr 2026, 11:58

Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi gömrük qaydalarını pozmaqda ittiham edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin tərtib etdiyi protokolda qeyd olunub. 

Müəyyən edilib ki, “Azneft” İstehsalat Birliyi Rusiyanın Moskva şəhərində yerləşən MMC-nin ona göndərdiyi gömrük bəyannaməsi ilə səlahiyyətli orqanda müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş xam neft adlı yükü bu gömrük proseduru altında saxlama müddətinin bitməsinə baxmayaraq, başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan etməyib və ya gömrük anbarında yerləşdirməyib. 

Bununla da “Azneft” İstehsalat Birliyinin barəsində İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə protokol tərtib edilib. 

Səbail Rayon Məhkəməsinin qərarı ilə birlik 300 manat cərimə edilib. Qərardan narazı qalan birliyin nümayəndəsi apellyasiya şikayəti versə də Bakı Apellasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb. 

Bundan başqa, Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən “Azneft” İstehsal Birliyi barəsində daha bir protokol tərtib edib. 

Protokola əsasən, birliyin Rusiyada yerləşən MMC tərəfindən xam neft adlı yük Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilib.

Lakin gömrük bəyannaməsi əsasında müvəqqəti saxlanca yerləşdirilmiş yüklərin saxlanc müddəti bitməsinə baxmayaraq rəsmiləşdirilməməsinin və digər gömrük proseduru altında yerləşdirilməməsinin səbəbi xarici şirkət tərəfindən sənədləşmə işində yol verdikləri səhlənkarlıq olub.

Səbail Rayon Məhkəməsinin qərarı ilə birlik İnzibati Xətalar Məcəlləsinin 496.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 300 manat məbləğində cərimə edilib.

Bundan başqa, “Azneft” İstehsalat Birliyi iyul ayında İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə iki icraatda cərimə olunub. Hər iki protokol Rusiyadan gələn yüklərin saxlanılması ilə bağlı olub. Səbail Rayon Məhkəməsinin ayrı-ayrı icraatlarda çıxarılan iki qərar üzrə isə hər biri 300 manat cərimə tənbehi tətbiq edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları