SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Borc bataqlığında olan “Sumqayıt Toxucu-Tikiş” 60 min manat CƏRİMƏLƏNDİ

Borc bataqlığında olan “Sumqayıt Toxucu-Tikiş” 60 min manat CƏRİMƏLƏNDİ

  • 07 sentyabr 2026, 14:52

“Sumqayıt Toxucu-Tikiş” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 180 min ABŞ dollar məbləğində vəsaiti bank vasitəsilə 2024-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülüb.

”Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 180390 dollar məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə “Sumqayıt Toxucu-Tikiş” barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 20 faizi miqdarında, yəni 36 min dollar (61 min manat) cərimə olunub.

Qeyd edək ki, hazırda “Sumqayıt Toxucu-Tikiş” MMC-nin 1,5 milyon manat vergi borcu yığılıb və 1 ildən çoxdur ki ödənmir. 2020-ci ildən fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır, direktoru Aydın İsgəndərovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları