SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
SOCAR-ın idarələrinin qeyri-neft-qaz ixracı gəlirlərində AZALMA

SOCAR-ın idarələrinin qeyri-neft-qaz ixracı gəlirlərində AZALMA

  • 28 avqust 2026, 13:07

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “SOCAR Polymer” MMC 154,4 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

Bu barədə Yurd.Media-ya şirkətdən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% azdır.

Hesabat dövründə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin qeyri-neft-qaz ixracı gəlirləri isə 28,1% azalaraq 175,7 milyon dollar, Qaz İxrac İdarəsinin qeyri-neft-qaz ixracı gəlirləri isə 79,25% azalaraq 7,7 milyon dollar olub.

7 ay ərzində SOCAR-a məxsus “SOCAR Cape” MMC isə 0,5 milyon dollarlıq qeyri-neft-qaz məhsulları ixrac edib. 1 il bundan əvvəl bu şirkətin ixracı olmayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları