Füzuli və Qəbələdə yerləşən iki qum-çınqıl yatağının istifadəyə verilməsi ilə bağlı keçirilən hərrac başa çatıb.
Yurd.Media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirib.
Məlumata görə, hərracda Füzuli rayonunda yerləşən "Arayatlı" qum-çınqıl yatağı (38,7 ha) və Qəbələ rayonunda olan "Bumçay" qum-çınqıl yatağı (27,5 ha) istifadəyə verilib.