SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“Azinşaat Servis”in rəhbərliyi yenidən formalaşdırılacaq

“Azinşaat Servis”in rəhbərliyi yenidən formalaşdırılacaq

  • 04 sentyabr 2026, 10:06

Oktyabrın 19-da, saat 11.00-da “Azinşaat Servis” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək. 

Şirkət bununla bağlı rəsmi mətbuatda elan verib. 

Elanda deyilir ki, yığıncaq Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 4-cü Köndələn küçəsi, 1 ünvanında olacaq. 

Yığıncağın gündəliyinə Cəmiyyətin Direktorlar (Müşahidə) şurasının sədrinin və üzvlərinin seçilməsi, Cəmiyyətin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi, 2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının təsdiqi olunması və digər məsələlər daxildir. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları