SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
3 yaşayış məntəqəsini birləşdirən yol təmir olunacaq - 2 milyon manat ayrıldı

3 yaşayış məntəqəsini birləşdirən yol təmir olunacaq - 2 milyon manat ayrıldı

  • 24 oktyabr 2025, 16:14
Yardımlı

Yardımlı–Deman–Arvana avtomobil yolunun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisi həyata keçiriləcək.

Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Yardımlı rayonunda iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yardımlı–Deman–Arvana avtomobil yolunun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə avtomobil yolunun təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq tapşırılıb.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.

Prime Leasing