SÜJET
Bu ilin I yarısında Azərbaycandakı 22 bankdan 3-nün qeyri-faiz gəlirləri 100 milyon manatdan çox olub.
Yurd.Media-nın apardığı araşdırmaya görə, bunlar, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” və “PAŞA Bank”dır. Bu bankların cəmi qeyri-faiz gəlirləri 1 milyard manata yaxın olub.
Hesabat dövründə 8 bankın qeyri-faiz gəlirləri 10-100 milyon manat arasında, 10 bankın qeyri-faiz gəlirləri 1-10 milyon manat arasında, 1 bankın qeyri-faiz gəlirləri isə 1 milyon manatdan az olub.
Son 1 ildə 22 bankdan 15-nin qeyri-faiz gəlirləri artıb, 6 bankın qeyri-faiz gəlirləri azalıb, 1 bank – İran Milli Bankının Bakı filialının ötən ilin eyni dövründə qeyri-faiz gəlirləri əldə etmədiyi üçün onun bu gəlirlərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qeyri-faiz gəlirlərini ən çox artıran bank “Turan Bank” (41,8%), ən az artıran bank isə “Bank Respublika” (3,3%) olub. İl ərzində qeyri-faiz gəlirləri ən az azalmış bank “Premium Bank” (2,7%), ən çox azalmış bank isə “Yelo Bank” (58,2%) olub.