SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Sabit Məmmədov: Təchizat Zənciri Liderləri Zirvəsi sektordakı yenilikləri geniş auditoriyaya çatdırmaq üçün ideal platformadır

Sabit Məmmədov: "Təchizat Zənciri Liderləri Zirvəsi sektordakı yenilikləri geniş auditoriyaya çatdırmaq üçün ideal platformadır"

  • 15 noyabr 2025, 13:03

Təchizat Zənciri Liderləri Zirvəsi sektorda baş verən yenilikləri daha geniş auditoriyaya çatdırmaq üçün ideal platformadır.

Yurd.Media xəbər verir ki, bunu “AdMedia” şirkətinin rəhbəri Sabit Məmmədov jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, bu tədbirin artıq ikinci dəfə keçirilməsi ölkəmizdə təchizat zənciri, satınalma, logistika və rəqəmsallaşma sahələrinə olan artan marağın bariz göstəricisidir.

“AdMedia” şirkətinin tədbirin əsas təşkilatçılarından olduğunu söyləyən S. Məmmədov bildirib ki, əsas məqsəd dövlət və özəl sektor arasında bilik mübadiləsini gücləndirmək, şəffaflığı artırmaq və yeni tərəfdaşlıqların formalaşmasına töhfə verməkdir:

“AdMedia” olaraq son illərdə ölkəmizdə böyük sənaye, logistika və dövlət layihələrinin kommunikasiya tərəfdaşı kimi çıxış edirik. Bu zirvə isə həmin təcrübəni bölüşmək və sektorda baş verən yenilikləri daha geniş auditoriyaya çatdırmaq üçün ideal platformadır”. 

S.Məmmədov vurğulayıb ki, gözləntilər isə bu tədbiri sadəcə bir günlük müzakirə kimi deyil, uzunmüddətli əməkdaşlığa xidmət edən davamlı bir ekosistem kimi görməkdir:

“Burada qurulan əlaqələr, aparılan diskussiyalar gələcəkdə Azərbaycanın təchizat zənciri infrastrukturunun daha müasir, çevik və dayanıqlı inkişafına xidmət edəcək. İnanıram ki, bu zirvədən sonra daha çox yerli şirkət qlobal təcrübəyə çıxış əldə edəcək və bu da bütövlükdə ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə müsbət təsir göstərəcək”.

Prime Leasing
SPE Annual Caspian