SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
“Azərpoçt”un Post Cargo xidmətinin 5 əsas problemi üzə çıxdı -  FOTO

“Azərpoçt”un "Post Cargo" xidmətinin 5 əsas problemi üzə çıxdı - FOTO

  • 15 noyabr 2025, 13:44

“Azərpoçt” MMC tərəfindən təqdim olunan "Post Cargo" xidməti ilə bağlı bir sıra problemlər üzə çıxıb.

Yurd.Media-ya müraciət edən müştəri İspaniyadan sifarişinin 22 günə gəldiyini və 59 manat ödədiyini bildirib.

Müştəri sifarişin Bakıya çatdırılması, bəyan edilməsi və ödəniş prosesində üzləşdiyi problemləri sadalayıb:

- Gecikmə: 24 oktyabrda anbara çatan məhsulun Bakıya 13 noyabrda çatdırıldığı bildirilir.

- Eyni invoysla olan məhsulların ayrılması: Şirkət məhsulu eyni sənədlə iki bağlamaya bölüb, bu isə gömrük bəyanında problem yaradıb və müştəriyə əlavə vaxt itkisinə səbəb olub.

- Qüsurlu sistem: Saytda və mobil tətbiqdə bəyan və ödəniş funksiyalarının düzgün işləmədiyi deyilir.

- Xidmət çatışmazlığı: Ödənişli iade və ya birləşdirmə xidmətinin İspaniya anbarı üçün mövcud olmadığı, bu barədə heç bir yerdə məlumat verilmədiyi bildirilib.

- Ödəniş problemləri: Yerində ödəniş mümkün olmayıb, yalnız onlayn ödəniş tələb olunub. Sayt və tətbiq vasitəsilə ödəniş dəfələrlə cəhdlərdən sonra yalnız saytda mümkün olub.

Prime Leasing
SPE Annual Caspian