"Bakı Ticarət Mərkəzi" MMC nizamnamə kapitalını 4,6 milyon manat və yaxud 2,8 dəfə azaladaraq 7,1 milyon manatdan 2,5 milyon manata endirib.
Yurd.Media xəbər verir ki, Mərkəz bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində elan verib.
Elanda deyilir ki, kreditorlar tələblərini bir ay müddətində Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 30, mənzil 67 ünvanına bildirə bilərlər.
"Bakı Ticarət Mərkəzi" 2024-cü ildə dövlət qeydiyyatına alınıb.