SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Xalq Bank kartdan karta köçürmələrə komissiya tətbiq edəcək

"Xalq Bank" kartdan karta köçürmələrə komissiya tətbiq edəcək

  • 04 fevral 2026, 11:46

"Xalq Bank" gələn aydan etibarən plastik kartlarla bağlı yeni limitlər tətbiq edəcək.

Yurd.Media "Operativ Media"ya istinadən xəbər verir ki, 2026-cı il martın 3-dən etibarən “Xalqbank” ödəniş kartları üzrə tariflər dəyişdirilir. 

Belə ki, ölkədaxili bank kartları arasında “Card to Card” köçürmələrinə 1 faiz komissiya tətbiq ediləcək. 

Minimum komissiya 0,20 AZN/USD/EUR/GBP olacaq.

Xatırladaq ki, bu ilin əvvəlində Bank “XalqKart Cashback” və “XalqKart Petrol” kartı üzrə ölkədaxili bank kartlarına komissiyasız köçürmə kampaniyasını dayandırdığını elan etmişdi.

Bəzi kartlar üzrə aylıq limit daxilində komissiya tutulmayacaq. 

Belə ki, Xalqkart Petrol MC World və Xalqkart Cashback Visa Rewards kartları ilə 3 000 AZN-dək, BCR Co-brand kartları ilə isə 5 000 AZN-dək köçürmələr komissiyasızdır.

“Xalq” Bankının ATM və şöbələrindən nağd vəsaitin çıxarılması zamanı da 1 faiz (minimum 1 AZN/USD/EUR/GBP) komissiya tutulacaq. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları