"Bakı Hövsan Beynəlxalq Dəniz Limanı" ASC 2025-ci ilin yekunları ilə bağlı idarəetmə hesabatını açıqlayıb.
Yurd.Media xəbər verir ki, rəsmi mətbuatda yerləşdirilmiş sənədə əsasən, bu il yanvarın 1-nə limanın 424 səhmdarı olub. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5 vahid və yaxud 1,2% azdır.
Hesabat dövründə müəssisənin əsas səhmdarı 96% payla "LOTOS-S" MMC qalıb, payçı fiziki şəxslərin sayı isə 428-dən 423-ə düşüb.
Xatırladaq ki, "Bakı Hövsan Beynəlxalq Dəniz Limanı"nın adı Dövlət Gömrük Komitəsinin əməkdaşlarının iştirakı ilə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarının belə marka olmadan gəmi ilə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə dair cinayət işində hallanıb.
Faktı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aşkar edib.